"Qarabağ" istəyinə çatdı: MÜQAVİLƏ İMZALANDI
18.05.2026 - 16:02
"Qarabağ" istəyinə çatdı: MÜQAVİLƏ İMZALANDI

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qarabağ" ilk transferini reallaşdırıb.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Jali Muaddiblə müqavilə imzalayıb.

Fransalı futbolçu ötən günlərdə Bakıya gəlib.

Yekun danışıqlardan sonra tərəflər sözləşməyə imza atıblar. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Qeyd edək ki, onun son klubu Cənubi Kiprin "Omoniya Aradippu"su olub.