Misli Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.
Apasport.az xəbər verir ki, bu rekord XXII turun son oyununa təsadüf edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Sabah” matçını (3:3) 10 min 361 tamaşaçı izləyib.
Bunadək rekord XII turda qeydə alınmışdı. 2025-ci il noyabrın 21-də baş tutan “Sumqayıt” – “Qarabağ” oyununa 9100 seyrçi tamaşa edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı matçda qonaqlar qalib gəlib – 4:2.
“Qarabağ” – “Sabah” matçındakı göstərici təkcə cari deyil, son 8 mövsümün rekordudur. Daha çox tamaşaçıya sonuncu dəfə 2017/18 mövsümündə təsadüf olunub. 2017-ci il noyabrın 5-də Gəncə şəhər stadionunda keçirilən XI turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasında (0:2) 13 min 300 seyrçi qeydə alınıb.
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
- “Kəpəz”də transfer ehtiyacı – Azər Məmmədov mövqeləri gücləndirmək istəyir
- “Karvan-Yevlax” məşqçilər korpusunu formalaşdırıb
- "Karvan-Yevlax"ın qapıçısı "Şirvan"da
- "Şamaxı"dan növbəti transfer - RƏSMİ