Azərbaycan Kubokunda 1/4 final mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, bu gün ilk oyunlara yekun vurulacaq.
“Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Görüşü Kamranbəy Rəhimov idarə edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarının sayını artıran Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxmağı bacarıb. Lakin bu qol görüşdə son nəticəni dəyişməyib. “Köhlən atlar” rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Ağdam təmsilçisi 1/8 finalda “Karvan-Yevlax”ı, “münəccimlər” isə “Baku Sporting”i məğlub edərək bu mərhələyə yüksəlib.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
5 fevral
14:30. "Şamaxı" – "Qarabağ" 2:1
Qol: K. Rossi, 26, 41, M. Qurbanlı, 79
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
Şamaxı şəhər stadionu
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov 9. Karim Rossi 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 48. Ramiz Muradov 14. Ravil Qafarov 10. Andrey Tirkoveanu 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov (k) 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 20. Kadi Borqes 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 6. Kris Kuaku 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov