"Qarabağ" transfer axtarışında: YENİ MÜDAFİƏÇİ...
26.02.2026 - 12:18
"Qarabağ" transfer axtarışında: YENİ MÜDAFİƏÇİ...

"Qarabağ" heyətini gücləndirmək üçün axtarışlara start verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi müdafiə xəttini gücləndirmək niyyətindədir.

Klub rəhbərliyi yayda karyerasını bitirəcək olan Bədavi Hüseynovun yerini yeni futbolçu ilə doldurmaq istəyir. Həmçinin digər stoper Sami Mmaenin də komandanı tərk edəcək olması bu istəyi məcburi edib.

"Qarabağ"ın skautları hazırda müdafiəçi axtarışlarını davam etdirir. Transfer pəncərəsində iki yeni müdafiəçinin keçidinin reallaşması gözlənilir.

Xatırladaq ki, daha öncə Bəhlul Mustafazadənin də yayda komandanı tərk edəcəyi bildirilib.