"Qarabağ"dan maraqlı addım: Onlar üçün giriş sərbəstdir
14.04.2026 - 14:09
"Qarabağ"dan maraqlı addım: Onlar üçün giriş sərbəstdir

 

Misli Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"ın “Sabah” ilə keçiriləcək ev oyununda xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.

Bu barədə klubun rəsmi sosial media hesabından paylaşım edilib.

Qeyd olunub ki,"Sabah" ilə oyununda "Qarabağ"a dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş sərbəstdir.

Xanımların biletlərini mütləq şəkildə 16,17,18 aprel tarixlərində stadionun kassalardan və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan əldə etmələri vacibdir.