"Qarabağ"ın futbolçusu zədələndi - 3 ay oynamayacaq
19.02.2026 - 16:46
"Qarabağ"ın futbolçusu zədələndi - 3 ay oynamayacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, tibbi müayinələrin nəticəsinə əsasən, müdafiəçinin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsindən zədə müəyyən edilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.