UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Nyukasl" oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki,, qarşılaşmanı norveçli Espen Eskos idarə edəcək.
Ona həmyerliləri Yan Erik Enqan və İsaak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək.
VAR-da niderlandlı Rob Dyeperink, AVAR-da Dennis Hiqler əyləşəcəklər. Hakim-inspektor italiyalı Matteo Simone Trefoloni, UEFA nümayəndəsi litvalı İqnas Marçinkeviçyus olacaq.
Qeyd edək ki, görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.