"Qarabağ"ın sabiq qapıçısı "İmişli"də - RƏSMİ
08.07.2026 - 15:22
"İmişli" heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
19 yaşlı qapıçı Sadiq Məmmədzadə ilə müqavilə imzalanıb.
Onun sözləşməsinin müddəti 2 illikdir.
Qeyd edək ki, Sadiqin son klubu "Difai" olub. O, daha öncə "Qarabağ"ın şərəfini qoruyub.
0
0