"Qarabağ"ın U-19 komandası sonuncu matçında da uduzub - YENİLƏNİB
10.12.2025 - 15:54
"Qarabağ"ın U-19 komandası sonuncu matçında da uduzub - YENİLƏNİB

“Qarabağ“ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Bakıda "Ayaks"ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.

Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.