Qəbələdə irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirildi
25.02.2026 - 18:56
Qəbələdə irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirildi

“Qəbələ” Futbol Klubunda Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə “Qəbələ” Akademiyasının futbolçu və məşqçi heyəti, həmçinin klubun digər əməkdaşları iştirak ediblər. 

“Qəbələ”nin futbolda sosial məsuliyyət üzrə meneceri Şair Abdulla tərəfindən keçirilən mühazirə zamanı iştirakçılara dünya futbolunun əsas bəlalarından olan irqçilik barədə ətraflı məlumat verilib. Həmçinin, UEFA-nın nizamnaməsində yer alan irqçiliklə mübarizə ilə bağlı müvafiq maddələr iştirakçıların diqqətinə çatdırılıb.

Mühazirə zamanı son illərdə Avropa futbolunda baş vermiş irqçi davranışlar və buna görə UEFA və yerli futbol federasiyaları tərəfindən tətbiq olunmuş müvafiq cəzalar barədə məlumat verilib. İrqrçiliyin yaratmış olduğu bioloji və psixoloji bərabərsizlik pislənilib, klubun hər bir üzvü belə bir fərqlilik hallarının yaradılmamasına çağırılıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda digər posterlər arasında yer alan “NO TO RACISM” şüarı cəmiyyətlər arasındakı birliyi və həmrəyliyi yox edən, zülm və istismara səbəb olan irqçiliyin “Qəbələ” İdman Klubu tərəfindən pislənməsinin əyani sübutudur.