"Qəbələ"dən yeni transfer - RƏSMİ
29.06.2026 - 17:27
"Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Komanda Fildişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.
27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, son olaraq Malta təmsilçisi "Floriana"da oynamış futbolçu daha əvvəl "Vesterlo" (Belçika), "UTA Arad" (Rumıniya), "Hapoel Hadera" və "Hapoel Rişon LeZion" (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.
0
0