Qubada qolsuz sülh - YENİLƏNİB
09.02.2026 - 16:24
Qubada qolsuz sülh - YENİLƏNİB

Misli Premyer Liqasında XIX tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun gününə Qubada start verilib.

"Kəpəz" "İmişli"nin qonağı olub. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Lakin hesab açılmayıb.

Qeyd edək ki, "İmişli" 19 xalla 9-cu, Gəncə təmsilçisi 13 xalla 11-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası
XIX tur
14:30. "İmişli" – "Kəpəz" 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sulatni.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 70. Mehdi Tahirov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç 79. Dioqo Kardozu

Baş məşqçi: Jorj Kaşkilya

“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 77. Fərid Nəbiyev 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 12. Mahamadu Ba

Baş məşqçi: Azər Bağırov