“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” üzərində qazanılan qələbəni dəyərləndirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri cavab görüşündən sonra fikirlərini bölüşüb:
“Qalibiyyət vacib idi. Yaxşı oyun alındı. Uzun yol gəlmişdik. İki oyunun nəticəsinə görə 6 qol vurmaq və qol buraxmamaq yaxşı göstəricidir. Futbolçularımı təbrik edirəm.
Çatışmazlıqlarımız var. Amma belə hava şəraitində əvvəlki oyuna nisbətən daha yaxşı oynadıq. İnşallah, vaxtımız olacaq və inanıram ki, qarşıdakı oyunda daha yaxşı idman formasında olacağıq”.
Qeyd edək ki, “Qarabağ” iki görüşün nəticəsinə əsasən “Vestri”ni 6:0 hesabı ilə məğlub edərək II təsnifat mərhələsinə vəsiqə qazanıb.