Qurban Qurbanov: “Onun komandaya qayıtmaq ehtimalı yoxdur”
13.09.2026 - 22:09
Qurban Qurbanov: “Onun komandaya qayıtmaq ehtimalı yoxdur”

Misli Premyer Liqasının V turunda "Qarabağ" "Zirə" ilə qarşılaşıb - 1:1.

Apasport.az xəbər verir ki, görüşdən sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Maraqlı oyun alındı. Hər iki komanda 1 xala layiq idi. Oyundan-oyuna daha inamlı oluruq. Xallarımızın üzərinə 1 xal gəldi. Qarşıdakı oyunlara hazırlaşacağıq".

- Yeni gələn futbolçuların performansı sizi qane edir?

- Hələ optimal formalarından uzaqdırlar. Yeni oyunçuların hər biri üçün oynamağa şərait yaradırıq. Qarşıda milli fasilə olacaq. Onları daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdə şans olacaq.

- Abbas Hüseynovun əsas komandaya qayıtmaq ehtimalı var?

- Yox. Ona hər şey bildirilib. Danışılacaq bir şey yoxdur.