Azərbaycan milli komandasının sabiq kapitanı və müdafiəçisi Rəşad Sadıqov Türkiyədə rəmzi komandaya düşüb.
Apasport.az xəbər verir ki, “TRT Spor”un versiyasına əsasən, Sadıqov “Kocaelispor” klubunun tarixinin ən yaxşı legionerlərindən ibarət yığmasında yer alıb.
Sadıqov futbolçu kimi 2008-2009-cu mövsümündə həmin dövr Türkiyə Super Liqasında yarışan “Kocaelispor”da oynayıb. O, bu komandanın azarkeşləri tərəfindən mübariz və əzmkar oyununa görə “Terminator” ləqəbi alıb.
Qeyd edək ki, 2020-ci ildə futbolçu karyerasını başa vuran Sadıqov hazırda çalışdırdığı “Zirə” klubunun baş məşqçisi təyin olunub.