Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək
25.09.2026 - 12:39
Rusiya və İran milli komandaları yoldaşlıq görüşündə qarşılaşacaqlar.
Apasport.az xəbər verir ki, sentyabrın 29-da keçiriləcək matç Kazandakı “Kazan Arena”da baş tutacaq.
İran millisinin mətbuat xidmətinin yaydığı məlumata görə, komanda qarşılaşmaya əsas heyətlə çıxacaq.
Yalnız bir neçə gənc futbolçu Asiya Oyunlarında iştirak edəcək olimpiya millisinin düşərgəsində olduğundan görüşü buraxacaq.
Qeyd edək ki, Rusiya – İran matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
0
0