Rusiya millimizi darmadağın etdi - 7:1
19.02.2026 - 15:46
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyuna çıxıb.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.
Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.
0
0