“Sabah”ın futbolçusu 100-ə çatdı
09.05.2026 - 13:28
“Sabah”ın futbolçusu 100-ə çatdı

Misli Premyer Liqasının XXXI turu çərçivəsində keçirilən "Kəpəz"lə oyunu "Sabah"ın futbolçusu Tellur Mütəllimov üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu Masazır təmsilçisinin heyətində 100-cü matçına çıxıb.

Qarşılaşma Gəncə təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, Tellur Mütəllimov 2022-ci ilin yayından "Sabah"da çıxış edir.