"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışında iştirak edən 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək".
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Turnirin Təşkilat Komitəsinin də sədri olan funksioner yarışın yaxşı keçdiyini söyləyib:
"Azərbaycanın hər bölgəsində gözəl mənzərə var. Yarış yaxşı keçir. Təhlükəsizlik tam təmin edilib. Bu turnirdə iştirak edən 24 komandanın hər biri gələcəkdə buraya yenidən gəlmək istəyəcək. Onlar da ölkəmizə heyran qalıblar. Medalçıları təbrik edirəm".
S.Ələkbərov velosiped idman növünün inkişafı üçün işlər görüldüyünü sözlərinə əlavə edib:
"Həvəs olan yerdə bizsiz də işlər gedir. Kəndlər var ki, maşından istifadə etmirlər, yalnız velosiped sürürlər. 7-8 ay ərzində rayonlarda velosiped bölmələri yaratmışıq. Velosipedlə təmin etmişik. Uşaqlar cəlb olunur. Gədəbəydə, Qəbələdə, Şamaxıda bölmələr var. Qazaxda da nəzərdə tutulur. Maraq olduqca böyükdür".
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu