“Şamaxı”dan növbəti transfer - RƏSMİ
19.07.2026 - 09:47
“Şamaxı”dan növbəti transfer - RƏSMİ

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Filipe Marquesi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Futbolçunun son klubu Portuqaliyanın “Amora” klubu olub.