“Şamaxı”dan transfer - RƏSMİ
09.06.2026 - 20:06
“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, "münəccimlər" Uğur Cahangirovu heyətinə qatıb.
25 yaşlı futbolçu növbəti iki mövsümü komandada keçirəcək.
Uğur Cahangirovun son klubu “Karvan-Yevlax” olub. Ondan əvvəl isə Cahangirov “Sumqayıt”ın formasını geyinib.
Yarımmüdafiəçi 2023-cü ildə “Şamaxı”nın şərəfini qoruyub.
0
0