“Səbail”in kapitanı ilə baş məşqçisi arasında gərginlik - SON DƏQİQƏ
18.02.2026 - 15:55
“Səbail”in kapitanı ilə baş məşqçisi arasında gərginlik - SON DƏQİQƏ

Futbol üzrə Azərbaycan I Liqasında XV tura start verilib.

“Səbail” səfərdə MOİK-in qonağıdır.

Apasport.az saytının matça ezam olunmuş əməkdaşının məlumatına görə, görüşün 60-cı dəqiqəsində maraqlı hadisə yaşanıb.

Belə ki, qonaq komandanın baş məşqçisi Adil Şükürov kapitan Yusif Nəbiyevi əvəzləmək istəyib. Lakin futbolçu bu qərarla razılaşmayıb. O, “Çıxmıram, oyna”, - deyərək əvəzlənmədən imtina edib.

Qeyd edək ki, hazırda davam edən qarşılaşmada MOİK 1:0 hesabı ilə öndədir.