Səbuhi Abdullazadəyə ağır cəza: 5 OYUN
20.08.2026 - 12:34
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda "Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadənin də cəzası bəlli olub.
Misli Premyer Liqasında I turun “Neftçi” ilə oyununun 74-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydanı tərk edən futbolçuya 5 oyunluq cəza verilib.
“Sumqayıt” komandası 3000 manat cərimə edilib.
0
0