Şəkidə UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
24.04.2026 - 17:58
AFFA-nın təşkilatçılığı ilə Şəkidə keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib.
Ona İdris Bədirov kömək göstərib.
Kursun ikinci mərhələsi mayın 12-dən 15-dək, üçüncü mərhələsi iyunun 2-dən 5-dək, dördüncü mərhələsi isə iyunun 22-dən 27-dək olacaq.
0
0