Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az-ın məlumatına görə, 125 kq-da mübarizə aparan gürcü əsilli idmançı 3-cü yer uğrunda qarşılaşmada italiyalı Abraham Konyedonla üz-üzə gəlib. Kuba əsilli rəqibinə 7:4 hesabı ilə qalib gələn Meşvildişvili qitə üçüncüsü olub.
Bununla da sərbəst güləşçilər yarışı 6 medalla başa vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Məhəmmədxan Məhəmmədov (97 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Əbubəkr Abakarov (86 kq) isə bürünc medal əldə ediblər.
22:26
Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Apasport.az-ın məlumatına görə, 92 kq-da çıxış edən avar əsilli idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurməhəmmədov ikinci yarıda üstünlüyünü qoraya bilməyib və 2:5 uduzub.
21:23
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında daha bir idmançımız medal qazanıb.
Apasport.az-ın məlumatına görə, çeçen əsilli sərbəst güləşçimiz Əbubəkr Abakarov (86 kq) bürünc medal uğrunda görüşdə osetin mənşəli Slovakiya idmançısı Boris Makoyevdən üstün olub.
Bununla da Azərbaycanın sərbəst güləşçilərinin qitə çempionatında qazandığı medalların sayı 4-ə çatıb. Daha əvvəl dünən millimiz 2 qızıl və 1 gümüş medal qazanmışdı.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub