“Neftçi”nin yollarını ayrımaq istədiyi Ramil Şeydayev hələ də komandadadır.
Apasport.az saytına verilən məlumata görə, bu məsələdə “Neftçi”yə kömək “əli”ni Türkiyə klubu göstərə bilər.
Samir Abasovun sərəncamında görmək istəmədiyi Şeydayev “Serik Belediyyespor”un transfer siyahısında yer alıb.
Türkiyə 1-ci Liqasında çıxış edəcək klub Ramilin xidmətində maraqlıdır. Məsələ burasındadır ki, Antalya təmsilçisinin əslən Azərbaycandan olan yeni sahibi Tufan Sadıqov komandada azərbaycanlıların forması geyinməsinə müsbət yanaşır.
Artıq klub millimizin sabiq üzvü Sertan Taşkını heyətinə qatıb. Şeydayevi isə maliyyə məsələsində razı salmaq lazım gələcək. Əgər bu baş verərsə, Ramil “Serik Belediyyespor”a keçəcək. Əks halda, o, maliyyə şərtləri daha yüksək olan “Neftçi”də qalacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- Millimiz Gürcüstana böyük hesabla məğlub olub
- Ramalinqom üçün yeni təklif: QOL SİLAHININ TALEYİ MÜƏYYƏNLƏŞİR
- Salifu Suma Azərbaycana qayıdır? - PREMYER LİQADA HƏRARƏT YÜKSƏLİR
- Millimizin baş məşqçisi: "Komandanın göstərdiyi performansdan razıyam"
- "Sabah"ın yeni transferi niyə meydana çıxmadı? - ZƏDƏSİ VAR...