"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. O, "Şamaxı" ilə matçda rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. "Sumqayıt" klubu isə baş məşqçinin hərəkətinə görə 10000 manat cərimələnib.
Bundan əlavə "Sumqayıt" 5 futbolçusunun sarı vərəqə almasına görə 700 manat cərimələnib.
- Əvəzedicilər Liqası: VI turun oyun cədvəli açıqlanıb
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA