“Sumqayıt”da yeni müqavilə
13.08.2026 - 19:54
“Sumqayıt”da yeni müqavilə

"Sumqayıt" futbolçusu Ronaldo Vaskezlə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçinin sözləşməsi 1+1 şərti ilə yenilənib.

Qeyd edək ki, 2025-ci ildən "Sumqayıt"da çıxış edən Ronaldo Vaskez 46 oyunda meydana çıxıb. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.