"Turan Tovuz" evdə 25-ci qələbəsini qazandı: 30-cu komanda oldu
11.02.2026 - 11:05
"Turan Tovuz" evdə 25-ci qələbəsini qazandı: 30-cu komanda oldu

Misli Premyer Liqasının XIX turunda “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.

Apasport.az xəbər verir ki, bu, klub tarixinə Premyer Liqadakı 25-ci qələbə kimi düşüb.

Qərb təmsilçisi 63-cü ev sınağında 25-ə çatıb. Tovuz klubu ölkə çempionatlarında ən azı 25 ev qələbəsi əldə edən 30-cu komandadır.

Qeyd edək ki, “Turan Tovuz” 2022/23 mövsümündə debüt etdiyi Premyer Liqada ilk ev qələbəsini “Kəpəz” üzərində qazanıb. 2022-ci il sentyabrın 9-da keçirilən matçda meydan sahibləri 2 qola seviniblər.