“Turan Tovuz” İvan Konovalovla bağlı qərarını verib.
Apasport.az saytına verilən məlumata görə, Tovuz təmsilçisi rusiyalı qapıçını yeni sezonda da komandada qalacaq.
Belə ki, tərəflər arasında yeni bir illik müqavilə imzalanması yönündə razılıq əldə edilib. Təbii ki, bu dəfə daha yaxşı şərtlərlə.
30 yaşlı qolkiperin “Turan Tovuz”la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, bu kluba yayda keçib.
Qeyd edək ki, İvan Azərbaycana gələnə qədər “Sevastopol”, “Radniçki”, “Baçka”, “Torpedo” (Jodino), “Rubin”, “Astraxan”, “Ural”, “Livinqston”, “Tobol”, “Baltika” klublarının qapısını qoruyub.