"Turan Tovuz"dan "Zirə"yə - RƏSMİ
23.06.2026 - 16:23
"Turan Tovuz"dan "Zirə"yə - RƏSMİ

“Zirə” yeni futbolçuyla anlaşıb.

Apasport.az xəbər verir ki, komanda Ayxan Hüseynovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçiylə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradetç”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizdə “Turan Tovuz” klublarında çıxış edib.