U-20 millimizin heyətində dəyişiklik
14.04.2026 - 12:28
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Zədə səbəbindən “Qarabağ”ın futbolçusu Əli Bəşirovun əvəzinə heyətə “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.
0
0