UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb
13.04.2026 - 13:25
UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsinə start verilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Məşğələlər aprelin 16-dək davam edəcək.

Məşqçi kursuna AFFA-nın Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.