UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi
27.02.2026 - 12:27
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının pley-off mərhələləri başa çatdıqdan sonra UEFA-nın reytinq cədvəli yenilənib.
Apasport.az xəbər verir ki, "Qarabağ" Çempionlar Liqasında pley-off mərhələsində “Nyukasl”a cavab görüşündə də 3:2 uduzub. Pley-off matçlarındna sonra da Azərbaycan 27-ci pillədə qalıb.
Hazırda Azərbaycanın 22.937 xalı var. Daha üst pillədə Sloveniya qərarlaşıb(23.968).
Klubları 2022-ci ildən etibarən Avropa yarışlarından kənarlaşdırılan Rusiya (22.632) isə 28-ci pillədə qərarlaşıb. Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlamışdı.
0
0