"Xankəndi" liderliyə yüksəldi
24.02.2026 - 16:10
Futbol üzrə Azərbaycan II Liqasında XV tur davam edir.
Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması bu gün keçirilib.
"Xankəndi" "Qaradağ Lökbatan"ı qəbul edib. Matçda hesabı qonaqlar açıb. Lakin meydan sahibləri ardıcıl iki qol vuraraq qələbəni bayram edib - 2:1.
Bununla da "Xankəndi" turnir cədvəlinin lideri olub. Komanda "Qaradağ Lökbatan"ı 3 xal qabaqlayır.
0
0