Yığmamız Bəhreyni böyük hesabla məğlub etdi - YENİLƏNİB
06.06.2026 - 20:01
Azərbaycanın U-21 millisi bu gün növbəti yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Rəşad Eyyubovun yetirmələri Bəhreynin U-20 yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Türkiyənin Isparta şəhərindəki SAV stadionunda keçirilib.
Görüş komandamızın üstünlüyü ilə keçib. Futbolçularımız rəqib qapısından 3 cavabsız top keçiriblər - 3:0.
Qeyd edək ki, U-21 millimiz Türkiyədə təlim-məşq toplanışını davam etdirir.
Yoxlama oyunu
Azərbaycan U21 - Bəhreyn U20 - 3:0
18:00
SAV Stadyumu, Türkiyə, Isparta
0
0