"Zəngəzur" II Liqada - RƏSMİ
18.05.2026 - 18:26
"Zəngəzur" II Liqada - RƏSMİ

AFFA Region Liqasının qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, final matçında "Zəngəzur" "Marafon"u məğlub edib.

Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.

"Zəngəzur" bununla da, II Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, üçüncü yer uğrunda matçda "Biləsuvar" "Şəfəq"i 4:1 hesabı ilə üstələyib.