“Zirə”dən transfer: "Yamaykalı Messi" ilə 5 illik müqavilə
20.07.2026 - 14:44
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi yamaykalı vinger Dameyn Smiti transfer edib.
"Messi" ləqəbli 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Dameyn Smit daha əvvəl Yamaykanın “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliklərinin “Nova Star” klublarında çıxış edib.
0
0