"Zirə"nin kapitanı Qismət Alıyev Bakı klubunun heyətində 200-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab matçına (2:0) təsadüf edib.
Qəsəbə klubunun oyun sayında rekordçusu olan Alıyev 2020/21 mövsümündən çıxış etdiyi komandada 15 qol vurub. O, Premyer Liqada 166, ölkə kubokunda 22, avrokuboklarda 12 dəfə meydana çıxıb. Qismət çempionatda 13, avrokubokda 2 qola sevinib.
Qeyd edək ki, onun “Zirə”dəki debütü də “Sumqayıt”la matça təsadüf edib. Alıyev 2020-ci il oktyabrın 18-də Premyer Liqanın səfər görüşündə (1:2) meydana çıxıb.
- Əvəzedicilər Liqası: VI turun oyun cədvəli açıqlanıb
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA