ABŞ-li basketbolçu "Gəncə"də
26.08.2026 - 16:24
“Gəncə” basketbol klubu ABŞ-dən olan hücumçu Montavius Mörfini heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.
0
0