ABŞ-li müdafiəçi “Fənərbaxça”da
27.07.2026 - 18:55
ABŞ-li müdafiəçi “Fənərbaxça”da

Türkiyənin “Fənərbaxça” basketbol komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-lacivərdlilər" amerikalı müdafiəçi Conni Cuzənqlə bir illik müqavilə imzalayıb.

Qeyd edək ki, 24 yaşlı basketbolçunun son klubu Rusiyanın “Zenit” komandası olub.