“LANDAU Lions”dan yeni transfer
13.08.2026 - 19:14
“LANDAU Lions”dan yeni transfer

Azərbaycan basketbol millisinin üzvü Ercan Donat "LANDAU Lions"a keçib.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.

Son olaraq "Şəki"də çıxış edən oyunçu ilə 1 mövsümlük anlaşma əldə olunub.

Qeyd edək ki, Ercanın qardaşı Saadettin Donat da "LANDAU Lions"da çıxış edir.