Sumqayıtda qadın basketbolçular arasında 3x3 Dünya Seriyasının növbəti mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın “Neftçi” klubu turnirdə çıxışını 1/4 finalda başa vurub. Bakı təmsilçisi yarımfinala yüksəlmək uğrunda oyunda Yaponiya millisinə 13:14 hesabı ilə məğlub olub.
“Neftçi” buna qədər qrup mərhələsini uğurla keçib. A qrupunda mübarizə aparan komanda Çin yığmasına 15:13, Çinin “Yanjing” klubuna isə 21:18 hesabı ilə qalib gələrək pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, “Neftçi” bu mövsüm Orleanda keçirilən Dünya Seriyası mərhələsinin qalibi olub. Sumqayıt turniri öncəsi Bakı klubu ümumi sıralamada 186 xalla beşinci pillədə qərarlaşıb.
Azərbaycan millisi üçün isə Sumqayıt mərhələsi 2026 mövsümündə Dünya Seriyasında ilk çıxış olub.