Türkiyə Serbiyanı məğlub etdi
03.03.2026 - 00:14
Türkiyə Serbiyanı məğlub etdi

Basketbol üzrə Dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, C qrupunun IV turunda Türkiyə millisi öz meydanında Serbiya ilə qarşılaşıb.

Ev sahibləri rəqibini 94:86 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Türkiyə millisi C qrupunda 4 oyunun hər birini qələbə ilə başa vurub.