AFFA nümayəndəsi Çempionlar Liqası matçında
16.02.2026 - 10:17
AFFA nümayəndəsi Çempionlar Liqası matçında

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, qadınlar arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Yuventus” (İtaliya) – “Volfsburq” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş fevralın 19-da İtaliyanın Turin şəhərində yerləşən “Yuventus” stadionunda təşkil olunacaq.