Mərakeş millisi Afrika Millətlər Kubokunda məğlubiyyətsiz seriyasını davam etdirir.
Apasport.az xəbər verir ki, turnirin qrup mərhələsində artıq iki oyun keçirən Mərakeş yığması bir qələbə və bir heç-heçə əldə edib. Bu nəticələr komandanın Afrika Millətlər Kubokunun final mərhələsindəki məğlubiyyətsiz seriyasını 13 oyuna çatdırıb ki, bu da kollektiv üçün şəxsi rekord sayılır.
13 qarşılaşmanın 10-da qələbə, 3-də isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, son illərdə güclü heyətə və stabil oyuna baxmayaraq, Mərakeş millisi Afrika Millətlər Kubokunu 1976-cı ildən bəri qazana bilməyib. Həmin titul indiyədək yığmanın turnirdəki yeganə çempionluğu olaraq qalır.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB