AL: “Beşiktaş” pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB
14.08.2026 - 01:22
AL: “Beşiktaş” pley-off mərhələsinə yüksəldi - YENİLƏNİB

UEFA Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 12 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Beşiktaş" öz meydanında “Hradeç Kralove”yi qəbul edib. Görüş "ağ-qaralar"ın üstünlüyü ilə keçib. Komanda minimalhesablı qələbəyə sevinib. Bununla da, "qara qartal" adını pley-off mərhələsinə yazdırıb.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunları

21:00 “Qornik” (Polşa) – “Ferentsvaroş” (Macarıstan) 1:1
İlk oyun 0:1

21:00 “Beşiktaş” (Türkiyə) – “Hradeç Kralove” (Çexiya) 1:0
İlk oyun - 1:0

21:00 “Pafos” (Kipr) – “Zalsburq” (Avstriya) 3:3
İlk oyun - 0:1

21:00 “Omoniya” (Kipr) – “Linkoln” (Cəbəllütariq) 1:0
İlk oyun - 1:1

21:00 “Universitatya Krayova” (Rumıniya) – “KuPS” (Finlandiya) 2:1
İlk oyun - 1:1

21:30 “Vikinqur” (İslandiya) – “Tun” (İsveçrə) 3:2
İlk oyun - 0:3

21:30 “Klaksvik” (Farer adaları) – “Lex” (Polşa) - təxirə salınıb
İlk oyun - 0:1

22:00 ÇSKA (Sofiya, Bolqarıstan) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:3
İlk oyun - 3:0

22:30 “Anderlext” (Belçika) – PAOK (Yunanıstan) 3:2
İlk oyun - 1:0

22:30 “Reyncers” (Şotlandiya) – “Yagelloniya” (Polşa) 1:1
İlk oyun - 1:2

22:45 “Harts” (Şotlandiya) – “Benfika” (Portuqaliya) 1:1
İlk oyun - 1:6

23:00 “Eqnatiya” (Albaniya) – “Şemrok Rovers” (İrlandiya) 5:1
İlk oyun - 1:3