Ayxan Abbasov: “Buna nail olduğumuz üçün sevinirik”
10.06.2026 - 00:41
Ayxan Abbasov: “Buna nail olduğumuz üçün sevinirik”

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq matçında San Marino yığmasını məğlub edib - 2:1.

Apasport.az xəbər verir ki, oyundan sonra komandamızın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.

"Futbolçulara təşəkkür edirəm. Malta ilə görüşdəki məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik. Millətlər Liqası öncəsi son təlim-məşq toplanışımız olduğundan, bütün oyunçuları meydanda görməyə çalışdıq. Məşqlə oyun fərqli olur, bu səbəbdən heyətdə dəyişikliklər etdik. Malta ilə matçda olduğu kimi, əsas problemimiz yenə qol vəziyyətlərindən lazımınca yararlana bilməməyimiz oldu. Oyunun tempi normal idi, ardıcıl hücumlar qururduq. Həm futbolçular, həm də biz qələbə qazanmaq istəyirdik və buna nail olduğumuz üçün sevinirik".