Azərbaycanı 2026/27 illər mövsümündə Avropada təmsil edəcək komandalar bəlli olub.
Apasport.az xəbər verir ki, avrokuboklara vəsiqə qazanan sonuncu komanda "Neftçi" olub.
"Ağ-qaralar" bu gün keçirilən "Sabah"la matçda (2:1) buna nail olub.
Bakı klubu Azərbaycanı UEFA-nın Konfrans Liqasında təmsil edəcək. Komanda yarışa ilk mərhələdən start verəcək.
“Sabah” Çempionlar Liqasının, “Qarabağ” Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
“Turan Tovuz” isə Konfrans Liqasının II təsnifat mərhələsindən turnirə qoşulacaq.
ÇL-də I təsnifat mərhələsinə iyulun 7-də, AL-də iyulun 9-da start veriləcək.
Konfrans Liqasında isə mübarizə iyulun 9-da başlayacaq. II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-də keçiriləcək.
- DÇ: Millimiz 3-cü yer uğrunda matçda məğlub olub - YENİLƏNİB
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- KL: “Trabzonspor” Finlandiya səfərindən 3 xalla qayıdır, “Atalanta” “Pafos”u məğlub edib - YENİLƏNİB
- Avropa Liqasında II tura yekun vurulub – YENİLƏNİB
- AL: "Beşiktaş" 3 xalı 3 qolla qazandı - YENİLƏNİB