“Barselona” yeni antirekorda imza atıb
17.04.2024 - 09:32

"Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında PSJ ilə cavab oyununda (1:4) topa daha az sahib olub. Parislilərin topa sahiblikdə üstünlüyü böyük olub - 67% - 33%.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, bu, 2003/04 mövsümündən bəri "Barselona"nın Çempionlar Liqası matçında ən aşağı göstəricisidir.
Maraqlıdır ki, "Barselona"nın ikinci ən pis nəticəsi bir həftə əvvəl PSJ ilə ilk oyunda qeydə alınıb - 41%.
Qeyd edək ki, PSJ ümumi hesabda 6:4 önə keçərək Çempionlar Liqasının yarımfinalına yüksəlib.
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Konfrans Liqası: “Betis” və “Panatinaikos” 1/8 finalda - YENİLƏNİB
- AL: “Fənərbaxça” 1/8 finalda, “Qalatasaray” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Fənərbaxça”nın oyunu yarımçıq dayandırılıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0